Mirzoyan: "Türk tərəfdaşlarımızla intensiv dialoqumuz var" | VİDEO

      Mirzoyan:    "Türk tərəfdaşlarımızla intensiv dialoqumuz var" |    VİDEO
  27 Oktyabr 2025    Oxunub:508
"Türkiyəli tərəfdaşlarımızla ən yüksək pillədən – Baş nazir Nikol Paşinyan və Prezident Rəcəb Tayyib Ərdoğan səviyyəsindən başlayaraq, daimi nümayəndələrimiz, xarici işlər nazirləri, diplomatlar, həmçinin başqa qurumlar vasitəsilə çox intensiv dialoqumuz mövcuddur".
Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin Milli Məclisində "2026-cı ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi əsnasında dilə gətirib. O söyləyib ki, yaxın gələcəkdə bu dialoqun çox nəzərəçarpan nəticələri gözlənilir.

"Təmaslarımızın hazırkı vəziyyətinə nikbin yanaşıram. İki dövlət arasında yeni mühüm razılaşmalar və nailiyyətlər proqnozlaşdırılır", – nazir vurğulayıb.
Paşinyan: "Sülhün qayğısına qalmalıyıq"

Bu mənada o diqqətə çatdırıb ki, Ermənistanın 2026-cı il üzrə planları təkcə Azərbaycanla münasibətlərin normallaşdırılması, sülhün institusional hala gətirilməsi ilə məhdudlaşmır; bu planlar daha əhatəlidir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Türkiyə   dialoq  



Xəbər lenti